Accessibility links

Çində daşqınlar səbəbi ilə 150-dən çox adam ölüb. İtkin düşənlərin sayı artmaqdadır.

Şimal Hebei vilayəti təbii fəlakətin təsirinə ön çox qalan bölgədir, Ölənlərin çoxu bu bölgənin sakinləridir.

Hebeidə 114 adam ölüb, 111 nəfər itkindir.

300 mindən artıq insan evakuasiya edilib.

​Leysan yağışları torpaq sürüşmələrinə yol açıb. 50 mindən artıq evi su aparıb.

Vaxtından əvvəl xəbərdarlıq verilmədiyi üçün ictimai qəzəb artıb.

Çinin baş nazir müavini Vanq Yanq fövqəadə toplatı çağıraraq yerli hökumətləri ilk insan həyatını üstün tutmağa səsləyib.

Çində leysan yağışları səbəbi ilə bu yay mövsümündə 200-dən çox adam ölüb, 1.5 million hektarlıq əkin sahəsi məhv olub.

Dəyən ziyan 3 milyard dollarla ölçülür. Çin rəsmiləri daşqınların 8.5 million insanı təsirinə məruz qoyduğunu bildirir.

XS
SM
MD
LG