Accessibility links

ABŞ və Çin prezidentləri görüşəcək


ABŞ-ın təhlükəsizlik məsələləri üzrə müşaviri Tom Donilon ABŞ və Çin prezidentlərinin gələn ayın əvvəlində keçiriləcək görüşlərinə hazırlıqlar üçün Çinə səfər edib. Cənab Donilon bu gün Çinin dövlər katibi Yanq Jiençi və Çinin ABŞ-dakı səfiri Cu Tiankayla görüşüb.

Birləşmiş Ştatlar prezidenti Barak Obamanın Çin prezidenti Ci Tzinpinlə iyun ayının 7-si və 8-də Kaliforniya ştatında keçiriləcək sammitdə görüşəcək. Görüş zamanı regional və qlobal problemlər barədə müzakirələr keçiriləcəyi gözlənilir.

Çin prezidentinin Meksika, Trinidad və Tobaqo, habelə Kosta-Rikaya səfər edəcəyi planlaşdırılır.
XS
SM
MD
LG