Accessibility links

Çində zəlzələ qurbanlarını axtarışı davam edir



Çində xilasetmə qrupları 200-dən çox insanın ölümü, 11 mindən artıq insanın yaralanması ilə nəticələnmiş şiddətli zəlzələnin baş verdiyi Siçuan vilayətinin ucqar bölgələrinə çatmaq üçün səy göstərir.

Çin mediasının verdiyi məlumata görə, şənbə günü səhər baş vermiş zəlzələdən sonra Luşan dairəsinə quru yolla getmək mümkün deyil, bölgədə telefon rabitəsi isə kəsilib.
Sinxua agentliyi bildirir ki, zəlzələ nəticəsində vilayətin paytaxtı olan Çenqdu şəhərində binalar dağılıb. Ərazidə zəlzədən sonra yer titrəyişlərinin davam etdiyi bildirilir.

Çini rəsmi Sinxua xəbər agentiyinin verdiyi məlumata əsasən, prezident Çi Tzinpin zəlzələ qurbanlarının xilas edilməsi və fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə mümkün bütün tədbirlərin görülməsi haqda göstəriş verib. Çinin baş naziri Çi Ketsyan xilasetmə əməliyyatları və fəlakətin nəticələrinin aradan qaldırılması səylərinə nəzarət etmək üçün regiona səfr edib.

ABŞ-ın Geologiya Xidməti zəlzələnin yerin 13 kilometr dərinliyində baş verdiyini bildirib.

Çinin hərbi qüvvələri tərəfindən açıqlanan və dövlət televiziyası vasitəsilə yayımlanan fotolarda şəxsi evlərin, həmçinin bölgədəki kəndlərin yerlə yeksan olduğu göstərilib.
XS
SM
MD
LG