Accessibility links

Çin və Google arasında gərginlik davam edir


Çin və Google arasında gərginlik davam edir
Çin və Google arasında gərginlik davam edir

İnternetdə axtarış saytı Google Çində internet istifadəçilərin ixtiyarına Honq Konqda filtr olmayan yeni veb səhifə verib

Çin hökuməti və İnternetdə nəhəng axtarış saytı olan Google arasında yaranmış gərginlik davam edir. Bu həftənin əvəlil Google Çində internet istifadəçiləri üçün Honq Konqda filtrdən keçirilməyən yeni veb səhifə işlətməyə başlanışdır. Lakin Çin hökuməti buna siyasi cəhətdən həssas olan materiallara çıxışın qarşısını almaqla cavab verdi. Google şirkətinin qərarı investorlar arasında çaxnaşma yaratmış və internet azadlığı haqda debatlara yenidən yol açmışdır.

400 milyona yaxın internet istifadəçisi olan ölkədə Google-un veb səhifəsindən nəticələrə senzuranı dayandırması riskli bir addım kimi görünürdü. Lakin Google şirkətinin sözçüsü Bil İçikson deyir ki, bu, prinsip məsələsidir.

“Biz 4 il bundan əvvəl ilk dəfə Çinə gedəndə fikrləşmişdi ki, bəzi nəticələrə sünzura qoyan rejim bizə dözəcək və biz də daha yaxşı işlər görə biləcəyik, çinli istifadəçilərə daha çox informasiya çatdıra biləcəyik, lakin keçən il ərzində gördük ki, saytların çoxu blok olur.”

Çin dünyada internetə ən ciddi senzura qoyan ölkələr arasındadır. Tvitter, Youtube və Facebook kimi populyar saytlar və siyasi cəhətdən həssas mövzuların axtarışı blok olur.

Lakin Pekin Google-un ölkənin qanunlarını pozduöunu hesab edərək, öz qəzəbini bildirib. Xarici İşlər nazirliyinin sözçüsü Qin Qanq deyib ki, Google-un hərəkətləri Çinin imicinə təsir göstərməyəcək.

“Mən Google-un Çinin beynəlxalq ictimaiyyət arasında imicinə təsir göstərə biləcəyini düşünmürəm. Google-dan yalnız kimsə kitab yazmaq üçün istifadə etmək istəyə bilər. Bu məsələ Çinə zərər verməyəcək, Google-a zərər verəcək.”

Lakin bəzi müşahidəçilər bunun Vaşinqtonla Pekin arasında münasibətlərə təsir göstərə biləcəyini deyir. Konqresdə Çində Goggle və internetə nəzarətə dair dinləmələrdə senator Biron Dorqan Pekin lidelərini danlayıb.

“Özünə hörmət edən ölkələr öz xalqnı senzuraya məruz qoymur. Özünə hörmət edən ölkələr öz vətəndaşlarını məhkəməsiz həbsə slmır və yeni ideyalardan qorxmur.”

Qərbin bəzi biznes şirkətləri Google-un mövqeyini alqışlayıb. Vebdə domeyn satan GoDaddy.com şirkəti Çin hökuməti istifadəçilərdən foto-şəkil tələb etməsindən sonra məhkə işi qaldıracağını elan edib. Krisin Cons şirkətin baş vəkilidir.

“Yeni domeynin qeydiyyatdan keçməsi üçün tələblərin yaratdığı təsir və ümumiyyətlə internetdə ideya mübadiləsinə görə narahat oluru. Bu səbəblərə görə biz domeyn adlarının təklifini dayandırırıq.”

Lakin Google dünyanın ən çoxsaylı internet bazarından çıxmaq qərarı nə qədər hörmətə layiq olsa da, bunun işə təsiri yaxşı olmaya da bilər. Çində sosial media məsələləri üzrə ekspert Aysaak Mao.

“Çində internet istifadəçilərinin 90 faizini Google-un birada qalıb-qalmaması maraqlandırmır.”

Çin Google-un illik gəlirlərinin yalnız kiçik bir hissəsini təşkil edir, lakin şirkətin Çindən çıxa bilməsini elan etməsindən sonra onun aksiyaları beş fazi enib.

XS
SM
MD
LG