Accessibility links

ABŞ Müdafiə Nazirliyi mübahisəli Cənubi Çin dənizində naviqasiya əməliyyatları azadlığını təmin etmək məqsədilə regiona döyüş gəmisi göndərib.

Müdafiə nazirliyinin verdiyi açıqlamada "USS Uilliam Laurens" gəmisinin Çinin işğal etdiyi su hövzəsinin təxminən 19 kilometrliyində üzdüyü bildirilir.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kanq gündəlik brifinqdə hərbi gəminin Çin sularına qanunsuz daxil olduğunu deyib.

Çin münaqişəli adada uçuş zolağı və digər hərbi obyektlər inşa edib.

Bu, son bir ildən də az müddətdə ABŞ tərəfindən həyata keçirilən üçüncü belə əməliyyatdır. Məqsəd Cənubi Çin dənizindəki adalarla bağlı Çinin mübahisəli iddialarını sual etməkdir.

Pekin bu ərazidə həyata keçirdiyi əməliyyatları təkzib edir və regiona dair münaqişənin şişirdildiyini iddia edir.

ABŞ-ın Cənubi Çin dənizində mübahisəli adalara iddiasının olmamasına baxmayaraq, yüksək səviyyəli rəsmilər dəfələrlə adalara iddiası olan ölkələrin mübahisələri dinc yolla və beynəlxalq qanunlar çərçivəsində həll etməsinin vacibliyini vurğulayıb.

XS
SM
MD
LG