Accessibility links

Yaponiya polisi bu gün Çin və Yaponiyanın iddialı olduqları silsilə adalara səfər edən beş çinpərəst fəalı həbs edib. Bu gün həbsdən əvvəl çıxış edən Yaponiyanın xarici işlər naziri Koiçiro Gemba deyib ki, baş nazirin ofisi vəziyyəti yaxından nəzarət edəcək.

Fəallar yapon sərhəd keşikçilərinin yüksək səviyyəli təhlükəsizlik tədbirlərinə məhəl qoymayaraq Honq Konqdan adalara balıqçı qayığı ilə səyahət ediblər. Yapon sərhəd keşikçiləri qayığı suvuran cihazlarla hədəf alıb.

Yapon polisinin sözlərinə görə, 14 fəaldan beşi mühacirlik qanununu pozduqlarına görə həbs ediliblər. Fəallar adaya səyahətin səbəbinin bir qrup yapon qanunvericisinin mübahisəli adalara səfəri planının əleyhinə siyasi akt olduğunu deyib.
XS
SM
MD
LG