Accessibility links

Sabiq yüksək rütbəli çinli iqtisadi rəsmi milyonlarla dollar həcmində rüşvət aldığını etiraf edib.

Liu Tienan dünyanın ikinci ən böyük iqtisadiyyatını idarə edən Milli İnkişaf və İslahat Komisiyasının direktor müavini olub.

O, Kommunist Partiyasında korrupsiyanın aradan qaldırılması istiqamətində ictimai səviyyədə aparılan kampaniyanın ifşa etdiyi sonuncu Çin rəsmisidir.

Prokurorlar Liunun təxminən 6 milyon dollar dəyərində rüşvət aldığını bildirib. Bunun bir qismi nağd pul, digəri isə Porş avtomobili və Pekində villa hədiyyələri olub.

Ölkənin şimali Hebey vilayətində məhkəmə prosesinin bir gününün stenoqramında qeyd edilir ki, 59 yaşlı sabiq rəsmi göz yaşı axıdaraq törətdiyi cinayətləri etiraf edib.

Prokurorlar mərhəmət üçün müraciət edib. Amma Liunun təqsirli bilinəcəyi az qala qaçılmazdır. Çin məhkəməsi Kommunist Partiyası tərəfindən nəzarət olunur və demək olar ki, heç vaxt bu növ proseslərdə müttəhimin xeyrinə qərar çıxarmır.

Təqsirli bilinərsə, Liunu 10 illdə ömürlük həbs müddətinə qədər cəza gözləyir.

XS
SM
MD
LG