Accessibility links

Çinin Tianjin liman şəhərinin yüzlərlə sakini dirdərgin düşüb.

Çin rəsmiləri kimyəvi maddələrlə dolu anbarda partlayış səbəbi ilə ölənlərin sayının 114 nəfərə çatdığını bildirib. Dövlət mediasının məlumatına görə, onların 21-i yanğınsöndürəndir.

Rəsmilərin mətbuat konfransı keçirdiyi mehmanxana qarşısına toplaşan insanlar partlayış səbəbi ilə dağılan evləri üçün kompensasiya tələb edib.

Zəhərli maddələrlə dolu anbarın 3 kilometrlik radiusundan əhali məcburi şəkildə köçürülüb. 6 kilometrlik ərazidə təmizlik işləri aparılır.

Tianjin merinin müavini anbarda 700 ton zəhərli natrium sionid maddəsinin saxlandığını bildirib.

Çinin baş prokurorluğu hadisə ilə bağlı təhqiqata göstəriş verib. Baş nazir Li Kequinaq partlayışların fəsadları ilə üzləşən əhali ilə görüşmək üçün hadisə yerinə gedib.

Yüzlərlə insan xəstəxanalara yerləşdirilib. 64-ü yanğınsöndürən olmaqla, 70-dən çox adam hələ də itkindir.

XS
SM
MD
LG