Accessibility links

Meranti qasırğası Çində azı 8 nəfərin ölümünə səbəb olub


İlin ən güclü fırtınası sayılan Meranti Çinin cənub-şərqindəki Fucian vilayətinə güclü zərbə vurub.

Çinin cənub-şərqinə güclü külək və yağışlarla gələn Meranti fırtınası dağıntılarla birlikdə 1 milyon 650 min evi elektriksiz qoyub, sakinlər evakuasiya edilib.

Tropik qasırğalar içərisində ən güclü, 5-ci kateqoriyalı bu fırtınanın Çinin ticarət şəhəri Şanxaya çatana qədər gücünün azalacağı, lakin güclü yağışlarla müşayiət ediləcəyi deyilir.

İlin bu mövsümü fırtınalar çoxalır. Buna səbəb Sakit Okean üzərindən keçən isti havanın okeanın ilıq suları ilə toqquşmasıdır ki, bu da güclü küləklər və yağışlarla müşayiət olunur.

Beləliklə, Meranti fırtınası artıq azı 8 nəfərin ölümünə səbəb olub. Tayvanda isə fırtına səbəbindən bir nəfər ölüb, 38 nəfər yaralanıb.

XS
SM
MD
LG