Accessibility links

Çin prezidentinin Latın Amerikası ölkələrinə üçgünlük səfəri zamanı Çin və Meksika ikitərəfli əməkdaşlıq və ticari əlaqələrin genişləndirilməsinə söz verib.

Dünən meksikalı həmkarı Enriki Pena Nieto ilə görüşündən sonra prezident Tsi Jinping deyib ki, iki ölkə enerji, mədənçilik, inşaat və infrastruktur sahələrində əməkdaşlığa dair bir sıra razılıq imzalayıb.

İki ölkə Meksikadan donuz məhsullarının və Tekila spirtli içkilərinin Çin bazarına daxil olmasına dair razılıq əldə edib. Cənab Tsi Çinin yaxın zamanlarda bir milyard dollar dəyərində Meksika məhsulu alacağını bildirib, lakin təfərrüata varmayıb.

Çin prezidentinin səfərinin başlıca məqsədi sabiq prezident Felipe Kalderonun hakimiyyəti dövründə gərginləşmiş Meksika-Çin münasibətlərini bərpa etmək məqsədi daşıyır.

Çin prezidenti Mexiko şəhərində Meksika qanunvericiləri və liderləri ilə görüşdükdən sonra qədim Maya piramidalarını ziyarət edəcək.
XS
SM
MD
LG