Accessibility links

Çin və Rusiyanın hərbi dəniz qüvvələrinin birgə təlimləri davam edir


Bazar günü Çin və Rusiyanın hərbi dəniz qüvvələrinin Sarı dənizdə, Çinin şərq sahili və Koreya yarımadası arasında birgə təlimləri başlayıb.

Çinin on altı hərbi gəmisi və iki sualtı qayığı, Rusiyanın isə dörd hərbi gəmisinin iştirakı ilə keçən təlimlər aprelin 22-dən 27-nə qədər davam edəcək.

Çin və Rusiyanın hərbi gəmiləri şənbə günü Çinin liman şəhəri olan Qinqdaoda lövbər salıb.

Soyuq müharibə dövrü liderlik uğrunda rəqabət aparmış Çin və Rusiya 2005-ci ildən bəri dörd ikitərəfli və çoxtərəfli hərbi təlimlər keçirib.

XS
SM
MD
LG