Accessibility links

Çin və Rusiya Sarı dənizdə birgə təlimlər keçirir

  • Amerikanın səsi

Çin və Rusiyanın hərbi dəniz qüvvələri Sarı dənizdə birgə təlimlərə başlayıb.

Çinin on altı hərbi gəmisi və iki sualtı qayığı, Rusiyanın isə dörd hərbi gəmisi altı gün sürcək təlimlərdə iştirak edir.

Hərbi təlimlər dənizdə hava hücumundan müdafiə və sualtı qayıqlar əleyhinə taktiki əməliyyatlar, axtarış və xilasetmə əməliyyatları, gəmilərin qaçırılması və azad edilməsinin stimulyasiyası və anti-terror əməliyyatlarını əhatə edir.

2005-ci ildən bəri Çin və Rusiya dörd dəfə ikitərəfli və çoxtərəfli təlimlərdə iştirak edib. İ

ki ölkə həmçinin Şimali Koreyanın nüvə proqramı üzrə altıtərəfli danışıqların iştirakçısıdır. Digər tərəflər Şimali və Cənubi Koreya, Yaponiya və ABŞ-dır.

XS
SM
MD
LG