Accessibility links

Çində 22 şagird bıçaqlanıb


Çin dövlət mediasının bildirdiyinə görə, bu gün ibtidai məktəbin 22 şagirdi bıçaqlanıb.

Rəsmi Şinhua xəbər agentliyi bildirir ki, əlində bıçaq tutmuş şəxs Çenpenq kəndindəki məktəbə gələrək, həyətdəki uşaqlara hücum edib. Uşaqların yaşları barədə məlumat verilməsə də, onların yaralarının ağır olmadığı deyilir.

Polis hücumçunun az sonra yaxalandığını, lakin uşaqları nədən bıçaqladığının səbəbini demədiyini bildirib.

Çində son illər əsasən əqli çağışmazlıqdan əziyyət çəkənlər tərəfindən məktəblərə edilən hücumların artması səbəbindən məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu ilin avqust ayında da bir nəfər bıçaqla Nançang şəhərinin orta məktəbinə daxil olaraq, iki şagirdi bıçaqlamışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG