Accessibility links

Çinin mərkəzində xilasedicilər Yanqtzi çayında devrilmiş gəmini qaldırmağa başlayıb. Rəsmilər gəmidə artıq heç kimin sağ qalmadığı qənaətinə gəlib. Ölənlərin sayı 97-ə çatıb.

Video görüntüdə Eastern Star gəmisinin bir hissəsinin suyun üzərinə qaldırıldığı nümayiş etdirilib.

Bazar ertəsi pis hava şəraiti səbəbindən batan gəmidən yalnız 14 nəfər xilas edilib. Əksəriyyəti yaşlı insanlar olan 300-dən çox sərnişin itkin düşüb.

Nəqliyyat Nazirliyinin sözçüsü Hi Tsenqquanq müxbirlərə deyib ki, cəsədlərin axtarışına başlamaq üçün gəmi tam qaldırılmalıdır.

Ölənlərin sayının artacağı və bu insidentin son bir neçə onillikdə Çinin ən ölümçül gəmi qəzasına çevriləcəyi ehtimal edilir.

XS
SM
MD
LG