Accessibility links

Çin tarixində ilk dəfə olaraq qadın kosmonavt fəzaya göndərilib. 33 yaşlı Lü Yan Çin Hərbi Hava Qüvvələrinin mayorudur. Onunla bərabər kosmik fəzaya daha iki kosmonavt göndərilib.

Şençju-9 kosmik gəmisi Çinin şimal-qərbində Qobi səhrasınında yerləşən kosmodromdan fəzaya qalxıb.

Kosmik gəmi orbitdə Tianqun-1 fəza modulu ilə birləşəndən sonra kosmonavtlar fəza stansiyasında elmi təcrübələr aparacaq.

Kosmik missiya 10 gün sürəcək.

XS
SM
MD
LG