Accessibility links

Elm

Çin kosmik gəmisi 15 günlük missiyasını müvəffəqiyyətlə başa çatdırıb


Çinin kosmik missiyasının ekipajı eksperimental fəza laboratoriyasına 15 günlük missiyasını müvəffəqiyyətlə başa çatdıraraq Yerə qayıdıb.

“Şenju-10” kosmik gəmisi Çinin şimalında Monqoliya regionuna enib.

İki kişi və bir qadından ibarət ekipajı olan kosmik gəmi tam fəaliyyətli fəza stansiyasının prototipi olan Tianqonq-1 eksperimental laboratoriyaya birləşib. Bununla Çin fəzada özünün stansiyasını qurmaq kimi məqsədinə çatmaq üçün yeni mərhələyə qədəm qoyub.

Pekin milyardlarla dollara başa gələn fəza proqramını dünya iqtisadiyyatında super güc olmasının simvolu kimi görür.
XS
SM
MD
LG