Accessibility links

Çin uzaq məsafədən idarə edilən yeni peykini müvəffəqiyyətlə fəzaya çıxarıb. Lonq-Martın daşıyıcısı bu gün fəzaya şimal-qərb Qansu vilayətindəki Jicuan mərkəzindən qalxıb.

Çinin dövlət xəbər agentlikləri peykin elmi tədqiqatlar, torpaq ehtiyatları, kənd təsərrüfatı və təbii fəlakətlərin qarşısının alınması yolunda fəaliyyət göstərəcəyini bildirir.

Fəza ekspertlərinin sözlərinə görə, Pekin kosmos ambisiyalarını genişləndirmək istədiyi bi vaxt, Birləşmiş Ştatlar bu ölkənin ABŞ-a məxsus ən həssas hərbi və kəşfiyyat peyklərini sıradan çıxara biləcəyindən narahatdır.

Bununla belə Çin fəza və hərbi sahədə hələ də Birləşmiş Ştatlardan xeyri geri qalır.
XS
SM
MD
LG