Accessibility links

Çinin Aya missiyası müzakirələrə səbəb olub [Video]


Çinin Aya missiyası müzakirələrə səbəb olub
please wait

No media source currently available

0:00 0:03:13 0:00
Çinin “Çang’e” 3 missiyası son 37 ildə aya enən ilk robot cihazdır. Geoloji araşdırmalar aparacaq Jade Rabbit adlanan cihaz fəza gəmisi vasitəsi ilə Aya uçurulub.

Görüntülər Çin dövlət televizyası CCTV-dən götürülüb.

Missiyanı həyata keçirən Cia Yanq kimi alimlər həyəcanlı olduqlarını bildiriblər.

Cia Yanq: Jade Rabbit qərbə doğru hərəkət edir. Orada 30 metr uzaqda piramidaya oxşaq qaya var. Qaya unikal cəhətlərə malikdir və forması digər qayalardan fərqlənir.

Missiyanı həyata keçirməzdən əvvəl Çin alimləri ayda faydalı minerallar olduğunu təsvir ediblər.

Ancaq hazırda heç kim ayı sahiblənəməz, deyə London Birkbek universitetindən planet elmləri professoru Yan Kravford bildirir.

Yan Kravford: Ayın hüquqi statusu 1967-ci il Fəza Sazişinin 2-ci maddəsinə əsasən idarə olunur. Müqavilə dövlətlərə Ayda ərazi ilhaq etməyi qadağan edir.

1967-ci il sazişinə əsasən yalnız müəyyən dövlətlər Aya missiya yollaya bilərdilər. Profesor deyir ki, indi həmin sazişin yenilənməsi lazımdır.

Yan Kravford: Gələcək on illikdə aydan maddi maraq üçün istifadəsi texniki baxımdan mümkün olacaq. Hətta ayda minerallar tapılmasa belə, fəza turizmi sənayesi o qədər maraq cəlb edəcək ki, bir gün biri Aya münasib qiymətə sərnişin göndərməyi fikirləşəcək. Hazırda 1967-ci il sazişi bunların heç birini əhatə etmir.

Vircin Qalaktik şirkəti üçüncü supersonik sınaq uçuşunu həyata keçirərək bunun mümkün olacağını sübut etməyə çalışır. Şirkət ilk sərnişin uçuşunu bu yay keçirməyi planlaşdırır.

Londonda təşkil olunan düşündürücü “Ay Respublikası” sərgisi fəza mülkiyyətinin konsepsiyasını araşdırır.

Rəssam Kəti Peterson Beethovenin Ay işığı Sonatasını Morze koduna çevirib və aya göndərilən siqnal dünyaya geri ötürülüb. Bu öz-özünə ifa olunan piano ilə müşayət olunur. Ayın deşikləri siqnalı özünə çəkir və pozur.

Leonid Tişkov özünün Ay modelini düzəldərək onu özü ilə dünya boyu səyahətə çıxarıb. Şəkillər insanların Ay ətrafında birləşərək tənhalıqdan necə xilas olmağa yardım etdiyini göstərir. Rob La Frene sərginin kuratorudur.

Rob La Frene: Bizim Ay Respublikasının xəyallar ölkəsi olması kimi düşüncələrimiz var. Ancaq Ay respublikasındakı bütün rəssamların ayın onlar üçün nə məna daşıdığına dair öz fikirləri var.

Çinin son missiyası gələcəkdə Ayın istismarı istiqamətində müzakirələrə səbəb olub. Ancaq alimlər missiyanın fəza araşdırmalarında yeni səhifə açması fikri ilə razılaşıblar.
XS
SM
MD
LG