Accessibility links

Çin və Tacikistan aralarında sərhəd mübahisəsini həll edib

  • Amerikanın səsi

Çin və Tacikistan aralarında sərhəd mübahisəsini həll edib

Çin və Tacikistan aralarında sərhəd mübahisəsini həll edib

Çin Tacikistanla məsləhətləşmələrdən sonra tarixi sərhəd mübahisəsinin həll olunduğunu bildirib. Xarici İşlər nazirliyinin sözçüsü Honq Ley bildirib ki, iki ölkə arasında sərhəd müqaviləsi imzalanıb və sərhəddin demarkasiyası da razılaşdırılıb. Tacikistan parlamentinin aşağı palatası Pamir dağlarında min kvadrat kilometrdən artıq ərazinin Çinə güzəşt edilməsini nəzərdə tutan razılığı dünən ratifikasiya edib. Tarixi 19-cu əsrə gedib çıxan sərhəd mübahisəsi sonradan Çin və Sovet İttifaqı arasında da gərginliyə səbəb olmuşdu. Mərkəzi Asiyanın ən yoxsul ölkəsi olan Tacikistan investisiyalarının əsas hissəsini Çindən alır.

XS
SM
MD
LG