Accessibility links

Tsi Cinpinqin ictimaiyyət arasında görünməməsinə nə dövlət rəsmiləri, nə də mətbuat aydınlıq gətirir


China Egypt
China Egypt
Çinin növbəti liderti olacağı gözlənilən Tsi Cinpinqin 11 gün ictimaiyyət arasında görünməməsinə nə dövlət rəsmiləri, nə də mətbuat aydınlıq gətirir.

Mətbuat konfransında Çinin Xarici İşlər Nazirliyi vitse-prezidentin yoxluğuna izahat verməkdən imtina edib. Nazirliyin sözçüsü Hong Li müxbirlərin sullarını cavabsız qoyaraq, bu haqda heç bir məlumata malik olmadığını deyib.

Son həftələr Tsi Cinpinq ABŞ dövlət katibi Hillari Klinton da daxil edilməklə, xarici qonaqlarla bir sıra görüşlərdə iştirak edib. Son dəfə o, ictimaiyyət arasında sentyabrrın 1-də görünüb.

Məsələ ilə bağlı sükut vitse-prezidentin səhhəti ilə bağlı şayiələrin yayılmasına səbəb olub. Kimi 59 yaşlı liderin iflic, kimi infarkt keçirdiyi deyir.

Digər şayiələrə görə o, siyasi opponentlərinin sui-qəsd cəhdinin hədəfi olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG