Accessibility links

Çinin "İki uşaq" siyasəti [Video]


Çinin "İki uşaq" siyasəti
please wait

No media source currently available

0:00 0:02:34 0:00

2016-cı ildə mübahisəli tək uşaqlıq siyasətinə son qoyularaq, iki uşaq olmasına imkan verən qanun qüvvəyə mindikdən sonra Çində doğum sayı artıb. Keçən il doğulan 17.86 milyon körpənin təxminən yarısı ikinci uşaq olub. Bu isə rəsmilər və ekspertlərin gözlədiyindən daha azdır.

Pekinin mərkəzindəki Houhay gölü ailələrin bayram mövsümlərində istirahət etdikləri məşhur yerdir. Bu soyuq qış günündə isə bura insanlar üçün iki uşaq siyasətini müzakirə edəcək yer olub. Buraya gələnlərin çoxu ikinci uşaq istədiklərini, lakin Çində uşaq böyütməyin maddi cəhətdən problem olduğunu deyir.

Lu adlı bu şəxs deyir ki, o və həyat yoldaşı ikinci övlad arzusunda idilər, lakin qarşılarında böyük çətinliklərin olacağını düşündülər. Hər bir çinli ailə məktəbdənkənar tədris üçün min, iki min, bəzən də daha çox dollar xərcləyir. “İkinci uşağımızın olmasını arzu edirik. Bir uşaq tənhadır, iki uşaq yaxşı olardı.”

İki uşaq atası Ceyms Kinq xərclərin yalnız təhsil və uşaq fəaliyyətlərilə bitmədiyini deyir. “Əlbəttə ki, səyahətlərə də pul lazımdır, bu isə çox baha başa gəlir. Biz heç olmasa ildə bir dəfə səyahət etməyə çalışırıq.”

Ceyms və onun həyat yoldaşı Lusi xərclərin gəlirdən çox olduğunu, lakin hər ailənin də maddi vəziyyətinin müxtəlif olduğunu deyirlər. “Uşaq gələcəkdə yaşlanmış valideynlərinin qayğısına qalmalıdır. Lakin onun bacısı və ya qardaşı olarsa, bunu etmək daha asan olar.”

Əhalisinin çoxluğuna baxmayaraq, Çin demoqrafik problemlər, yaşlanma problemi ilə üzləşir. Belə ki, ölkədə təqaüd yaşına çatan insanların sayı artdıqca, işçi qüvvəsi azalır.

Ekspertlərin dediyinə görə, çox guman ki, daha çox qadın kvotanı doldurduğu üçün ikinci uşağı olan qadınların sayı azalır və ölkədə doğulacaq uşaqların da sayı gələn ildən azalmağa başlayaraq .

Bəziləri üçün isə ümumiyyətlə uşağın olması sual altındadır. Pekində mehmanxanada işləyən Bai evli deyil və özündən böyük iki bacısı var. “Həyat çox streslidir. Mənim uşağım olsa belə, ancaq biri olardı. Qız ya oğlan, fərqi yoxdur.”

Asiya qonşuları kimi Çində də doğum səviyyəsi aşağıdır və hökumət bunun dəyişdirilməsi üçün bir uşaq siyasətinə son qoymaqdan başqa çox az stimullaşdırma proqramları təklif edib. Buna görə də bəzi tənqidçilər siyasətin dəyişdirilməsinin həm gecikmiş, həm də az təsiri olacağını deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG