Accessibility links

Tyananmen meydanında cinayət törətmiş şəxslərin axtarışı aparılır


Çin polisinin bildirdiyinə görə, Pekinin Tyananmen meydanında sport tipli avtomobilin qəzaya uğraması 5 nəfərin ölümünə, 38 nəfərin xəsarət almasına səbəb olub.

Çin polisi avtomobilin Pekinin Tyanamen meydanından keçdikdən sonra alovlandığını deyib. Sincan regionunda hadisə ilə əlaqədar iki şübhəli şəxs axtarılır.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq müxbirlərə insidentlə bağlı təhqiqat aparıldığını deyib.

Hücumdan bir neçə saat sonra yerli mehmanxana işçiləri Pekin polisinin onlardan şübhəli şəxslərin mehmanxanalarda qalıb-qalmadıqlarını soruşduqlarını deyib. Şübhəli şəxslərin adları etnik uyğur icmalarında geniş yayılmış adlardandır. Onların hadisə zamanı ölmüş beş nəfərin arasında olub-olmadıqları məlum deyil. Ölənlərdən üçü sərnişin, ikisi isə piyada olub.

Polis avtomobilin izdihamlı küçədə, məşhur meydanın yaxınlığından ötdüyünü və sonra piyadaların üzərinə doğru irəliləyərək qəzaya uğradığını və alovlandıını deyib.

Hadisənin mümkün səbəbləri barədə bir söz deyilməyib və hadisəyə dair şəkillər dərhal Çinin Weibo microblog veb səhifəsindən çıxarılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG