Accessibility links

Çin ABŞ-ı İrana qarşı sanksiyalara görə tənqid edib

  • Amerikanın səsi

Çin ABŞ-ı İrana qarşı sanksiyalara görə tənqid edib

Çin ABŞ-ı İrana qarşı sanksiyalara görə tənqid edib

Çin İrana qarşı mübahisəli nüvə proqramına görə yeni sanksiyalar tətbiq etdiyinə görə Birləşmiş Ştatları tənqid edib.

Çinin Xarici İşlər nazirliyinin sözçüsü Honq Ley bu gün Pekində müxbirlərə deyib ki, gərginliyin azaldılması və mübahisəni həll etməyin yolu sanksiyalar deyil, dialoq və müzakirələr vasitəsilə olmalıdır.

Honq Çinin İranla iqtisadi və enerji sahələrində açıq və şəffaf münasibətlərə malik olduğunu etiraf edib və bu münasibətlərin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasına yol vermədiyini və üçüncü tərəfin maraqları ilə toqquşmadığını deyib.

Bununla bərabər o əlavə edib ki, son sanksiyalar bu münasibətlərə təsir göstərməyəcək.

Keçən həftə Birləşmiş Ştatlar İranın mərkəzi bankı ilə əlaqəsi olan maliyyə qurumlarına qarşı sanksiyaların yeni raundunu tətbiq etmişdi. Bu addım İranın öz neftini beynəlxalq bazarlarda satmasına təsir göstərə bilər.

XS
SM
MD
LG