Accessibility links


Rəsmi Pekin Birləşmiş Ştatların öz vətəndaşlarını izləməkdə, qadınlar və etnik azlıqlara qarşı ayrı-seçkiliyə və odlu silahdan istifadə edilərək törədilmiş zorakılıqların nəzarətdən çıxmasına yol verməkdə ittiham edib.

Bu ittihamlar Pekinin ABŞ-ın Çində insan hüquqlarının vəziyyətinə dair hesabatına hər il verdiyi cavabında öz əksini tapıb.

Çinin rəsmi Sinxua xəbər agentliyi Çinin Dövlət Şurası tərəfindən hazırlanan uzun hesabatı bazar günü açıqlayıb. Hesabatda deyilir ki, ABŞ-da seçki kampaniyaları zamanı verilən siyasi maliyyə ölkədə demokratiyaya zərər vurur və ölkədə dini zəmində ayrı-seçkilik halları artmaqdadır. Çinin rəsmi cavabında eyni zamanda ABŞ İraq və Əfqanıstanda apardığı müharibələrdə insan hüquqlarının pozulmasına yol verilməkdə ittiham edilir.

Çin rəsmi cavabını ABŞ Dövlət Departamentinin hər il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair hesabatına etiraz etmək məqsədilə açıqlayır. Dövlət Departamentinin cümə günü açıqladığı hesabatda Çində repressiyalar və təqiblərin adi hal aldığı, hökumətin siyasi fəalları daim qorxutduğu bildirilir.

İnsan hüquqları on illərdir iki ölkə arasında gərginliyin əsas mənbəyi olaraq qalır.
XS
SM
MD
LG