Accessibility links

Donald Tramp Çin prezidentinə təbrik məktubu göndərib


Ağ Ev çərşənbə günü Birləşmiş Ştatlar prezidenti Donald Trampın Çin prezidenti Tsi Jinpinə ünvanladığı məktubu açıqlayıb. Tramp məktubda Çin prezidentini Yeni İl münasibətilə təbrik edib və hər iki ölkəyə, həm Birləşmiş Ştatlara, həm də Çinə xeyir gətirəcək konstruktiv əlaqələrin yaranacağına ümid etdiyini bildirib.

Çinin Xarici İşlər Nazirliyi mesaja müsbət reaksiya verib. Nazirliyin sözçüsü Lu Kanq məktuba görə cənab Trampa minnətdarlığını bildirib və prezident Tsinin Birləşmiş Ştatların yeni administrasiyası ilə əməkdaşlıq edəcəyinə ümidlə yanaşdığını deyib.

Çin Birləşmiş Ştatlarla münsibətlərində inkişafa böyük əhəmiyyət verir

​"Biz cənab Trampın prezident Tsi Jinpinə və Çin xalqına təbrikini yüksək qiymətləndiririk. Çin Birləşmiş Ştatlarla münasibətlərində inkişafa böyük əhəmiyyət verir" - deyə, spzçü bildirib.

Donald Tramp prezidentlik vəzifəsinin icrasına başlayandan bəri Birləşmiş Ştatlarla Çin arasında danışıq olmayıb. Lakin sözçü ölkələrin sıx əlaqədə olduğunu deyib.

Seçkiqabağı kampaniyası dövründə Tramp əsasən ticari əlaqələr olmaqla, Çini vaxtaşırı tənqid edirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG