Accessibility links

Çin prezidenti Şi Tsinpinq prezident Barak Obama ilə havanın çirklənməsi və kiber hücum daxil olmaqla bir sıra məsələləri müzakirə etmək üçün Vaşinqton şəhərinə gəlir.

Vaşinqton şəhərinə gəlməzdən əvvəl Çinin internet üzrə yüksək səviyyəli rəsmisi Lu Vey ABŞ-ın texnika üzrə icraçıları ilə görüşüb.

“Biz eyni vəziyyətdəyik və yeganə çıxış yolu bizim əməkdaşlıq etməyimizdir” – deyə Lu Vey bildirib.

Prezident Şi dünən Microsoft, Boeing və Facebook da daxil olmaqla Amerikanın bəzi nəhəng şirkətlərinin yüksək səviyyəli liderləri ilə görüşüb.

Boeing şirkəti və Şi fürsətdən istifadə edərək bildirib ki, Çin şirkətləri ABŞ təyyarə şirkətindən 300 təyyarə alınmasına dair razılıq əldə edib.

Razılığa ABŞ-ın aerokosmik nəhənginin Çində obyekt tikməsi də daxildir.

XS
SM
MD
LG