Accessibility links

Şi Tsinpinin ABŞ səfəri davam edir


ABŞ-a bir həftəlik səfərə çıxan Çin prezidenti Şi Tsinpinq iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına çağıraraq deyib ki, Vaşınqton ölkələr arasında fəlakətlə nəticələnə biləcək münaqişənin qarşısını almağa kömək etməlidir.

O bu şərhi səfərinin ilk dayanacağı olan Seatlda siyasətlə bağlı biznes liderləri qarşısında çoxdan gözlənilən çıxışında verib. Şİ Tsinpinq Ağ Evə ilk dəfə səfər edəcək.

Çin prezidenti kiber hücum daxil olmaqla, ABŞ-Çin münasibətlərinə mənfi təsir edən bir sıra digər məsələləri də ünvanlayıb. Barak Obama kiberhücumlarla bağlı məsələləri Çin prezidenti ilə təkbətək görüşdə müzakirə edəcəyini deyib.

O həm də bildirib ki, Çin ixracı artırmaq naminə valyutasının dəyərini aşağı salmayacağını bildirib. Bu yaxınlarda Pekinin yuanın dəyərini devalvasiya etməsi bir çox ABŞ rəsmiləri arasında çoxdandır narahatlığa səbəb olan məsələnin daha da artmasına gətirib çıxarıb.

Cümə günü Ağ Evdə prezidentlərin kiberhücum və iqtisadı məsələlərə dair intensiv müzakirələr aparacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG