Accessibility links

Çinin Sincan vilayətində həbslər davam edir


Çinin şimal-qərbi Sincan vilayətində bir həftə bundan əvvəl 21 nəfərin ölümü ilə nəticələnən polislə qarşıdurmada şübhəli bilinənlərin qalan hissəsi də həbs edilib.

Dövlət mediasının bildirdiyinə görə, etnik uyğurların məskunlaşdığı Qaşqar bölgəsində bazar ertəsi daha 8 şübhəli həbs edilib. Məlumatda əməliyyat zamanı əldəqayırma bombaların, silahların və terrorçuların "Şərqi Türküstan" bayraqlarının aşkar edildiyi bildirilir.

Sincan polisi şübhəlilərin keçən ilin sentyabr ayında təşkil edilən terrorçu qrupunun üzvləri olduğunu, ekstremistlərlə bağlı videolara tamaşa və qadağan edilmiş dini mərasimlərdə iştirak etdiklərini deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG