Accessibility links

Çin Sincanda ayıqlıq göstərəcəyinə söz verir

  • Amerikanın səsi

Çin Sincanda ayıqlıq göstərəcəyinə söz verir

Çin Sincanda ayıqlıq göstərəcəyinə söz verir

Amnesty International yeni hesabatında deyilir ki, Çin rəsmiləri 2009-cu ildə baş vermiş iğtişaşlardan sonra uyğurları susdurmağa davam edir

Çin hökuməti əsas etibarilə müsəlmanların yaşadığı Sincan vilayətində insan ölümülə nəticələnmiş hadisələrdən iki il sonra insan hüquqlarının pozulması hallarının davam etdiyinə dair iddiaları rədd edir. Amnesty International təşkilatının yeni hesabatında deyilir ki, Çin rəsmiləri 2009-cu ildə baş vermiş iğtişaşlardan sonra uyğurları susdurmağa davam edir.

Sincan rəsmiləri 197 adamın ölümülə nəticələnmiş etnik zəmində zorakılıqlardan sonra əsas diqqəti daxili təhlükəsizlik məsələsinə verir.

Çinin dövlətə məxsus mətbuatının verdiyi məlumata görə, 2010-cu ildə regionun təhlükəsizliyinə dair büdcə 400 milyon dollardan artıq təşkil edib. Bu əlavə maliyyə vəsaiti hər yerdə 40 mindən artıq izləmə qurğularının yerləşdirilməsinə sərf edilib.

Amnesty International bildirir ki, rəsmilər hökuməti təndiq edən uyğurları susdurmağa davam edir.

Lakin Çinin Xarici İşlər nazirliyinin sözçüsü Honq Li Amnestinin hesabatını rədd edib. O deyib ki, Pekin ayıqlıq göstərməyə və separatçılara qarşı mübarizə aparmağa davam edəcək. Lakin eyni zamanda, muxtar vilayətdə vəziyyətin dinc və sabit olduğunu deyib və əlavə edib ki, Pekin vəziyəti bu şəkildə saxlamaq istəyir.

Çin rəsmisinin sözlərinə görə, Pekinin sürətli inkişafı və investisiya cəlb etməsindən regionda yaşayan bütün xalqlar faydalanır.

Honq deyib ki, rəsmilər xaricdə yaşayan uyğur fəalların rəhbərlik etdiyi separatçı fəaliyyətlərlə məşğul olanları ciddi şəkildə cəzalandırmağa davam edəcək.

Etnik zəmində iğtişaşlar 2009-cu ildə iyul ayında uyğurların Çin hökumətini ölkənin cənubunda fabrikdə çalışan uyğurun ölümünə reaksiya verməməkdə günahlandırmasından sonra başlayıb.

Zorakılıqlar Sincan vilayətinin paytaxtı Urumçidə günahsız çinli sakinlərin uyğurlar tərəfindən hücuma məruz qalması ilə nəticələnmiş, iğtişaş polisi isə işə qarışaraq uyğurları döyüb cəzalandırmışdır.

Polis yüzlərlə uyğuru həbs etmiş, onlarla insan ölümə məhkum edilmiş, edam edilmiş, başqaları isə uzunmüddətli həbs cəzaları almışlar.

İnsan hüquqları qrupları hələ çox sayda uyğurun yoxa çıxdığını və onların həbsdə olduğunu güman edir.

Amnesty International hökumətin etirazlar zamanı və ondan sonra insan hüquqlarının pozulmasına etiraz edənləri həbs etməyə davam etdiyini bildirir.

Təşkilat bildirir ki, iğtişaşları internetdə müzakirə edən uyğur jurnalistlər həsb edilib.

Uyğurları təmsil edən qruplar bildirir ki, zorakılıqlar illərdir Çin idarəçiliyi və Pekinin onların sözlərilə regiona çinliləri yerləşdirməklə apardığı mədəni genosid siyasətinə etirazın nəticəsi idi.

Çin Xarici İşlər nazirliyinin sözçüsü Honq isə deyir ki, Sincan Çinin bütün başqa yerlərindən fərqlənmir və ölkədəki sosial problemlər insanların mədəni və maddi nemətlərə indiyə qədər görünməmiş tələbatı və inkişaf edən cəmiyyətdə qeyri-bərabərliklə bağlıdır.

XS
SM
MD
LG