Accessibility links

Çinin Sincan vilayətində onlarla insan həbs edilib


Çinin dövlət mediasının bildirdiyinə görə, bu gün ölkənin şimal-qərb regionu Sincanda keçirilən anti-terror əməliyyatları zamanı 81 adam həbs edilib. Çinin Mərkəzi Televiziyası ilə yayımlanan məlumatda ittihamlara terror hücumlarının təşkili və hücumlarda iştirak, qətl və yanğınlar daxildir. Məlumatda 9 nəfərə qarşı ölüm hökmünün çıxarıldığı bildirilib.

Bundan əvvəl də Sincan-Net dövlət agentliyi keçən ay Urumçi ticarət mərkəzində 39 nəfərin ölümü ilə nəticələnən intiharçı hücumunda əli olan 29 nəfərin həbs edildiyini bildirmişdi.

Son bir neçə həftədir Çin hökuməti etirazların qarşısını almaq məqsədilə Sincanda yüzlərlə insanı həbs edib ki, bu da repressiya kimi qiymətləndirilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG