Accessibility links

Çin rəsmilərinin sözlərinə görə, dünən Çinin cənub-qərbində baş vermiş zəlzələdən sonra 30 nəfər xəsarət alıb, yüzlərlə ev dağılıb.

Çİnin rəsmi Şinxua xəbər agentliyi deyib ki, bazar günü axşam Yunnan vilayətində 5.5 bal gücündə zəlzələ 700 evin tamamilə dağılmasına və 2500 evin zədələnməsinə səbəb olub. Ölənlər haqqında məlumat verilmir.

Rəsmilər bölgəyə minlərlə çadır və fövqəladə vəziyyət avadanlığı göndərib.
XS
SM
MD
LG