Accessibility links

Çinin Yunnan vilayətində baş vermiş güclü zəlzələdən sonra xilasetmə dəstələri dağıntılar arasında sağ qalanların axtarışını davam etdirir.

Bazar günü baş vermiş zəlzələ nəticəsində təxminən 391 insan həyatını itirib.

Rəsmilər 1800-dən çox insanın xəsarət aldığını deyib. Çox sayda insanın itkin düşdüyü haqda xəbər verilir.

Zəlzələnin Rixter şkalası ilə 6.1 bal gücündə olduğu deyilir.

Rəsmi Sinhua xəbər agentliyinin verdiyi məlumata əsasən,Yunnan vilayətində baş vermişı zəlzələ 12 min evi yerlə yeksan edib və 30 min evə zərər vurub.

Çinin dövlət televiziyası zəlzələnin 14 il ərzində Yunnanda ən güclü zəlzələ olduğunu bildirib.

2012-ci ildə Yunnan regionunda təbii fəlakət nəticəsində 80 adam həlak olmuşdu.

XS
SM
MD
LG