Accessibility links

Çin rəsmilərinin bildirdiyinə görə, ölkənin bəzi hissələrində daşqınlar 100-dən çox insanın ölümünə və 100-dən çoxunun itkin düşməsinə səbəb olub.

Dövlət xəbər agentliyi Sinhua ölkənin şimal-şərq bölgəsində bir neçə gün davam edən şiddətli yağışların daşqınlar yaratdığını və nəticədə son on ilin ən dəhşətli fəlakətinin qeydə alındığını bildirib.

Agentlik regionda 72 nəfərin öldüyünü bildirib. Ölüm hallarının əksəriyyəti Fuşun şəhərində qeydə alınıb. Təxminən 30 min insan evlərindən didərgin düşüb.

Sinhua onlarla insanın ölkənin cənubunda həlak olduğun deyib. Burada şiddətli yağışlar ötən həftədən bəri davam edir.

500 min insan qasırğanın təsirinə məruz qoyduğu Quanqdonq vilayətindən evakuasiya edilib.
XS
SM
MD
LG