Accessibility links

Çində qədim Budda heykəli tapılıb


Çinin dövlət mediasının verdiyi məlumata görə, Çinin cənub Jianşi əyalətində su hövzəsində suyun səviyyəsinin enməsi nəticəsində təxminən 600 illik qədim çinli Budda heykəli tapılıb.

Heykəlin başı ötən ilin sonu Hongmen Hövzəsində hidroelektrik stansiyasında bərpa işləri zamanı aşkar edilmişdi.

Çin Mərkəzi Televiziyası arxeoloqlara istinadən bildirib ki, Buddanın başının dizaynı onun 1356-cı ildən 1644-cü ildədək Çinə idarə edən Minq sülaləsi zamanı düzəldiyini göstərir.

Arxeoloqlar həmçinin bildirib ki, heykəlin parçasının sıldırım qayanın üzərində tapılması bir zamanlar orada məbəd olduğunu göstərir.

Sualtı şəkillərin və araşdırma üçün daha çox məlumatın əldə edilməsi üçün bir çox cihazdan, o cümlədən hidrolokasiya cihazlarından istifadə olunacaq.

XS
SM
MD
LG