Accessibility links

Amerika biznesmeni Çin fabrikində işçiləri tərəfindən girov saxlanır


Amerikalı sahibkar Pekindəki fabrikində işçilər tərəfindən girov götürüldüyünü deyib. Onun sözlərinə görə hadisə maaşla bağlı mübahisəyə görə baş verib.

Baş qərargahı Floridada yerləşən Xüsusi Tibbi Təchizat şirkətinin həmtəsisçisi Çip Starnes müxbirlərə deyib ki, ötən cümə günündən bəri işçiləri onun obyektdən çıxmasına icazə verməyib.

Təxminən 100 işçi obyektin bütün çıxışlarını bağlayaraq, məvacibin artırılması və bu yaxınlarda işdən azad edilən 30 işçiyə verilən kompensasiyaya bənzər təzminən tələb edib.

Starnes deyib ki, hazırki əməkdaşlar onlarında işlərinin təhlükədə olduğunu d üşünməklə səhvə yol verir. Onun sözlərinə görə, işdən azad edilməyənlərə təzminat verməyə əsas yoxdur. Starners işçilərin məvacib almadıqlarının da şayiə olduğunu deyib.

Çində şiklər rəhbərləri ilə işçilər arasında narazılıqlar qeyri-adi hal deyil. Burada işçilər fabriklər bağlandıqdan sonra təzminat verilmədən işdən azad edilir.
XS
SM
MD
LG