Accessibility links

“Sevgililər günü” bəzən “Şokolad Festivalı” keçirməklə qeyd edilir [Video]


Dünyanın bir çox ölkələrində “Valentin günü", yəni “Sevgililər günü” bəzən “Şokolad Festivalı” keçirməklə qeyd edilir. Lakin Vaşinqton şəhəri yaxınlığında keçirilən festivalda insanlar daha çox tarixlə bağlı məlumat alır. Onlar şokolad istehsalının tarixi ilə tanış olur.

Tur şokoladın əsas tərkib hissəsi olan kakao paxlası barədə məlumat almaqla başlayır. Virciniya ştatının Makleyn şəhərində hər il keçirilən “Şokolad festivalı”nda ziyarətçilər müxtəlif şirniyyatların dadına baxa bilir. Bu masada isə onlar konfetlərin keçmişdə necə hazırlandığını görə bilir.

Ziyarətçilər burada şokolad hazırlanması üçün kakao qırıntılarının Metate adlanan isti daşın üzərində müxtəlif ədvalar və inqridientlərlər qarışdırıldığını görə bilir.

Burada onlar eləcə də, əvvəllər şokoladdan içki növü kimi istifadə edildiyini və yalnız 1880-ci illərdən başlayaraq konfet kimi istehsal edilməyə başladığını öyrənir.

“Bunu bu vəziyyətdə konfet kimi yemək çətin olardı. Buna görə də kolonial dövrdə bu şokolad parçaları rəndədən keçirilib, toz halına gətirilirdi”, deyə bir qadın bildirir.

Sonra isə toz halına salınmış şokolad isti su ilə qarışdırırdılır və xüsusi qablara yerləşdirilirdi. "American Heritage Chocolate"dan David Borgisani: “Biz Kolonial Villiamsburqda orijinal reseptlər tapmışıq. Bu reseptlər 1750-ci illərdən qalıb. Reseptlərdən biz şokoladın hazırlanmasında 9 müxtəlif inqridientdən istifadə edildiyini öyrənmişik.”

Digər otaqlarda isə ziyarətçilər yerli satıcıların təklif etdiyi şokoladların dadına baxıb və konfet ala bilərlər. Lakin festivala ev sahibliyi edən Makleyn şəhəri “Rotari Klub”un prezidenti Lin Heynriks bunun yalnız şənlənmək məqsədi daşımadığını deyir.

“Bu tədbirdən ələ edilən gəlir yalnız yerli layihələr deyil, beynəlxalq layihələrin də həyata keçirilməsinə xərclənir. Məsələn, biz Afrikada Svazelenddə diş klinikası tikdirdik, bizim Honduras və Qvatemalada tibbi briqadalarımız var. Biz Yunanıstanın aztəminatlı məktəblərinə kompyuterlər almışıq.” deyə, Makleyn "Rotari" klubunun prezidenti Lin Heinrich bildirir.

Heynriks hər il keçirilən bu tədbirin bir çox həyati məsələlərin həllinə yardım edəcəyinə ümid edir.

XS
SM
MD
LG