Accessibility links

Kris Cenner Brüs Cennerdən boşanmalarının səbəbi haqda danışıb


Kris Cenner bu yaxınlarda Brüs Cennerdən boşanmağa ərizə verib. Amma Kardaşyanlar klanının başçısı ayrılmalarının səbəbi haqda danışmağa hazırdır.

E! News şousunun Culiana Ransisə müsahibəsində o, bunları deyib: “Mən əbədi və xoşbəxt ailə həyatı yaşamaq üçün onunla ailə qurdum, amma baş tutmadı.”

Mən çox təəssüf edirəm. Ona görə ki, mən həmişəlik ailə həyatı qurmaq istəyirdim.”

Amma Kris hələ gec olmadığını və həmişə evli qalacağı adamı tapacağına əmin olduğunu deyir - “Mən sevilməyi xoşluyuram. Həyatda sevilməkdən gözəl şey ola bilməz. Ona görə də mən gələcəyə ümidlə baxıram.”

Amma unutmaq lazım deyil ki, 58 yaşlı Kris hələ boşanma haqda sənədləri imzalamayıb. Kris bunu da deyib ki, indi o uşaqları və həyatında olan adamlarla xoşbəxtdir.

XS
SM
MD
LG