Accessibility links

Amerikada Milad - ənənələr toplumu [Audio]

  • Nərminə Cəlalqızı

Amerikada Milad özündə bir çox millətlərin ənənələrini birləşdirərək tədircən milli bayrama çevrilib. Əvvəllər qeyri-rəsmi olan bu bayramı insanlar indikindən fərqli şəkildə qeyd edirdilər. Xristianlar bunun İsa Məsihin dünyaya gəldiyi gün olduğu üçün qeyd edir, bəziləri yeyib-içməklə qeyd edir, digərləri isə ümumiyyətlə qeyd etmirdi.


Bunu Amerika yazıçısı Vaşinqton İrvinq 1819-cu ildə dərc edilən “The Sketchbook of Geoffrey Crayon, Gent” kitabında ətraflı təsvir edir. Yazıçı öz hekayəsində imkanlı bir britaniyalının öz işçilərini Milad bayramını qeyd etmək üçün evinə dəvət etdiyini təsvir edir. Hekayədə həmin zadəganın Milad bayramını, milli ənənələrdən istifadə etməklə təşkil etdiyi göstərilir.

​Vaşinqton İrvinq hekayəsində Miladın keçmişdə, müxtəlif mədəniyyətlərdə olduğu kimi, müxtəlif təbəqənin insanlarını bir araya gətirərək bayram edildiyini göstəmək istəyirdi. Görünür yazıçını Amerikada insanlar arasında bərabərliyin olmaması narahat edirdi.

Penni Restad adlı yazıçı isə “Amerikada Milad - Tarix” adlı kitabında XIX əsrin əvvəllərində Miladın Amerikada milli bayram kimi formalaşmağa başladığından bəhs edirdi. O, Amerikadakı müxtəlif mədəniyyətlərdən olan insanlar üçün Miladın başqa-başqa məna kəsb etdiyini yazırdı. Amerikaya gələn mühacirlər Miladın ənənələrini öz ölkələrindən gətirmişdilər.

Bayramın Amerikada qeyd edilməsində din də böyük rol oynamışdı. Kalvinist Məsihçilər bu bayramın qeyd edilməsinə qadağa qoyur, Yepiskopçular və Moravinlər isə Miladın dini bayram olduğunu deyərək, dini mərasimlər və dekorasiyalarla bayram edilməli olduğunu deyirdilər.

​Əsrin ortalarından başlayaraq xristian qruplar Milad bayramı ilə bağlı aralarındakı fikir ayrılıqlarına məhəl qoymayaraq, bu bayramı xüsusi yolla qeyd etməyə başladılar.
Sent Nikolas uşaqların himayədarı kimi tanınmışdı. Milad qəhrəmanı olaraq o, bir çox mədəniyyətlərdə fərqli adlar almışdı. Bunların sırasında Sinterklaas, Kris Krinql və Milad Ata var. Amma əksər amerikalılar üçün o, Santa Klaus kimi tanınır.

Milad sonradan amerikalı ailələrin evdə bayram etdiyi günə çevrildi. Getdikcə daha çox amerikalı xristian
Avropa ənənələrindən istifadə etməklə, yolka bəzəməyə və hədiyyə verməyə başladı. Xristianlar şam ağacının İsa Məsihi təmsil etdiyinə və bu günün yeni başlanğıc olduğuna inanırdılar. Alman mühacirlər özləri ilə şam ağacını işıqlarla, şirniyyat və oyuncaqlarla bəzəmək ənənəsini gətirmişdilər.

Amerika evlərində yolka bəzədilməsi ənənəsi çox tez yayıldığı kimi, hədiyyə vermək ənənəsi də yayıldı. Beləliklə də Milad bayramı alış-verişi artdıqca ticarət aləmində də əlaqələr genişlənməyə başladı.

Milad bayramı populyarlaşdıqca Amerikanın bəzi ştatlarında bu gün rəsmi bayram kimi tanındı. Luiziana ilk şatat oldu ki, 1837-ci ildə Milad bayramı rəsmi bayram kimi tanındı. 1860–cı illərdə isə Amerikanın 14 ştatında bu bayram federal bayram kimi rəsmi qəbul edldi. 1870-ci illərdə prezident Ulisis Qrant Milad bayramını federal bayram elan etdi.

​Əlbəttə ki, Milad haqda diskussiya bayramın əsas qəhrəmanını – Santa Klausu qeyd etmədən tamamlana bilməz. Bu obraz üçüncü əsrdə yaşadığına inanılan xristianların müqəddəs saydıqları Sent Nikolasa əsaslanır. Sent Nikolas uşaqların himayədarı kimi tanınmışdı. Milad qəhrəmanı olaraq o, bir çox mədəniyyətlərdə fərqli adlar almışdı. Bunların sırasında Sinterklaas, Kris Krinql və Milad Ata var. Amma əksər amerikalılar üçün o, Santa Klaus kimi tanınır.
XS
SM
MD
LG