Accessibility links

Milad bayramı mövsümündə ən çox satılacaq oyuncaqlar [Video]


ABŞ-da Milad bayramına 3 aydan az vaxt qalıb və artıq oyuncaqlar haqda düşünmək vaxtıdır. Yeni oyuncaqlarə açıqlayan ekspertlər bayram mövsümündə ən çox satılan klassik oyuncaqları da bir daha nəzərdən keçirir.

Burada rəqs edən, uçan, at çapan, yarışan oyuncaqlar var. Bu oyuncaqların ən çox seviləni Milad mövsümündə ən çox satılan oyuncaqlar olacaq.

“Toys, Tots, and More” (TTPM) şirkətinin icraedici direktoru Cim Silver müxtəlif oyuncaq şirkətlərini araşdırır. “Biz oyuncaqları hazırlanmağa başlandığı vaxtdan sonadək izləyirik. Və biz hər şeyi yoxlayırıq. Oyuncaqları qutulardan çıxarır, onların necə quraşdırıldığını nəzərdən keçiririk. Sonra isə onlarla necə oynanılacağını seyr edirik”.

Ən çox satılan oyuncağın “Star Wars: The Force Awakens” olacağı gözlənilir. Yeni “Star Wars” filmi ekranlara Milad bayramında çıxacaq və bu oyuncaqdan bir milyon dollardan çox gəlir əldə ediləcəyi deyilir.

Yeni “Star Wars”a başqa uzaqdan idarə olunan və yüksək mühəndisliyə malik BBD Droid–in ən çox satılanlardan olacağı gözlənilir. “Bu, möhtəşəmdir. Əvvəllər beləsi olmamışdı. Bədəninin fırlanmasına baxmayaraq, başı həmişə yuxarıda qalır. Bu, robotların təkamülü deməkdir.”

Cim Silverin fikrincə “Star Wars”a və “Dron” oyuncaqlarına görə bu il ən çox oyuncaq satılan il olacaq.

“Dron”la həm evdə, həm də açıq ərazidə oynamaq olar. Bunun içəri üçün mühafizə proqramı var. Oyuncaq kommersiya maraqları üçün istifadə edilə bilməz.

“Pinats” cizgi filminin qəhrəmanı Snupi də marketə yenilənərək çıxıb. Bu da “Barbi”. Son illər satışı bir qədər azalan Barbi marketə yeni, ata minən Barbi kimi çıxır. Onun yaxşı satılacağı gözlənilir.

Beləliklə, 2015-ci ildə oyuncaq mövsümünün bizneslərə milyardlarla gəlir gətirəcəyi gözlənir.

XS
SM
MD
LG