Accessibility links

Rusiyanın BMT-dəki səfiri qəflətən vəfat edib


Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin bu gün Nyu-Yorkda qəflətən vəfat edib. Qurumda uzun müddətdir səfirlik vəzifəsini icrs edən Çurkinin bu ay 65 yaşı olacaqdı.

Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında səfirin ölümünün səbəbi açıqlanmayıb. Nyu-Yorkun Səhiyyə Mərkəzi onun ölümünü təsdiq edib.

BMT diplomatları sosial mediadan istifadə edərək, keçirdikləri şok və dərin hüznlərini ifadə edib.

“Dostum və həmkarım Çurkinin ölümü sarsıdıcı olub” - deyə Britaniyanın BMT-dəki səfiri Matyu Rikroft yazıb.

“Əziz həmkarım Çurkinin vəfatı şok doğurub” - deyə İsveçin BMT-dəki səfiri Olof Skuq bildirib.

BMT-nin Baş Assambleyasının prezidenti Peter Tomson ölüm xəbərinin onu olduqca məyuz etdiyini və Rusiya Federasiyası və BMT-nin əsl övlad və beynəlxlaq intellektualı itirdiyini deyib.

Diplomatiya yolu

Vitali İvanoviç Çurkin 1952-ci ilin fevral ayının 21-də Moskvada dünyaya gəlib. Uşaq ikən ikisi Lenin haqda olmaqla, 3 filmdə çəkilib.

Daha sonra Moskvanın Beynəlxalq Əlaqələr İnstitutunu başa vuran Çurkin SSRİ-nin Diplomatiya Akademiyasında elmlər namizədi dərəcəsi alıb.

Çurkin 1974-cü ildən XİN-də çalışmağa başlayıb. 1990-c illərdə o, sabiq Yuqoslaviya üzrə xüsusi nümayəndə, daha sonra isə Belçika və Kanadada səfir vəzifələrində çalışıb.

XS
SM
MD
LG