Accessibility links

ABŞ-da 2016-ci il prezident seçkiləri-iqtisadiyyat, yoxsa xarici siyasət?


"Döyüş Meydanı" adlı sorğu seçicilərin hansı məsələlərə üstünlük verdiyini müəyyən edib

Gələn ilki prezident seçkilərini nə müəyyən edəcək - iqtisadiyyat, yoxsa xarici siyasət? Hansı məsələ seçicilərə daha böyük təsir göstərəcək – işsizlik səviyyəsimi, İslam Dövlətinin taleyimi?

Növbəti ABŞ prezident seçkilərinə 17 ay qalıb, ancaq namizəd və siyasi ekspertlər 2016-ci ildə keçiriləcək seçkilərdə hansı məsələlərin seçicilər üçün daha çox əhəmiyyət daşıyacağını müəyyən etməyə çalışırlar.

Son aylarda iş yerlərinin artmasına baxmayaraq amerikalılar hələ də iqtisadiyyatla bağlı pessimistdirlər

Hər bir seçki ilində iqtisadiyyat ən vacib məsələ olur. Demokrat sorğu tərtibçisi Selinda Leyk 2016-ci il prezident seçkilərində də iqtisadiyyatın ən çox müzakirə olunan məsələ olacağını təxmin edir. “Son aylarda iş yerlərinin artmasına baxmayaraq, amerikalılar hələ də iqtisadiyyatla bağlı bədbindir. İndi onları narahat edən iş tapıb-tapmamaq deyil, maaşların nə qədər olacağı, işin tam və ya yarım ştat olmasıdır,” deyə Leyk bildirir.

İllər boyu Leyk və Respublikaçı sorğu tərtibçisi Ed Goeas bilrlikdə Corc Vaşinqton Universitetinin "Döyüş Meydanı" sorğusunun üzərində çalışıblar. Bu sorğu seçicilərin məsələlərə və namizədlərə olan münasibətlərini və mövqelərini araşdırır.

Prezidentliyə namizəd Marko Rubio
Prezidentliyə namizəd Marko Rubio

Goeas gələn il iqtisadiyyatın başlıca məsələ olacağı ilə razıdır və deyir ki, orta sinfi hədəfləyən partiya üstünlük qazanacaq. “Mənim müşahidə etdiyim odur ki, orta sinif zənginlər üçün xüsusi proqramların tərtib olunduğunu, yoxsulların yardım aldığını, bunların xərclərini isə orta sinfin ödədiyini düşünür,” deyə Goeas bildirir.

Döyüş Meydanı sorğusunda iştirak edənlərin 23 faizi iqtisadiyyatın onlar üçün əsas məsələ olduğunu bildirib, 14 faizi isə iş məsələsinin vacib olduğunu qeyd edib.

Xarici təhlükənin ən vacib məsələ olduğunu 12 faiz iştirakçı bildirib, amma Goeas bir suala cavabın nəticələrinin onu təəccübləndirdiyini deyir. Bu, “Siz ailənizdən kimin isə terror hücumunun qurbanı ola biləcəyini düşünürsünüzmü? sualıdır ki, sorğuda iştirak edənlərin 39 faizi “bəli” cavabını verib. Digər 34 faiz isə bu məsələnin onları narahat etmədiyini bildirib.

Xalq gələn ilki seçkilərdə dəyişikliyin olunmasını istəsə də, əksəriyyət “öz siyasi baxışları eyni olan namizəddənsə” “Vaşinqtonda işləri həll edə biləcək” bir namizəd istəyir

Döyüş Meydanı sorğusu xarici siyasət məsələlərində 50 ilə 40 faiz arasında respublikaçıların demokratlarla müqayisədə üstünlük təşkil etdiyini göstərir. Respublikaçılar iqtisadiyyatı idarə etməkdə də üstünlük təşkil edirlər, 49-la 44 faiz arası.

Hər iki sorğu tərtibçisi deyir ki, xalq gələn il seçkilərdə dəyişikliyin olunmasını istəsə də, əksəriyyət “öz siyasi baxışları eyni olan namizəddənsə” “Vaşinqtonda işləri həll edə biləcək” bir namizəd istəyir.

Respublikaçı Goeas inanır ki, bu düşüncə tərzi onun partiyasının xeyrinədir, çünki seçicilər 8 illik Obama adminsitrasiyasından sonra dəyişiklik istəyəcək.

Eyniliklə demokrat Leyk də seçkilərdə Hillari Klintonun qələbə əldə edəcəyini deyir, çünki o, sorğuda vurğulanan iqtisadi narahatlıqları həll edə bilmə gücünə malikdir və seçicilərin istədikləri kimi ölkəni idarə edə biləcək bir liderdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG