Accessibility links

ABŞ-ın sabiq Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) direktoru Deyvid Petreas ictimaiyyət qarşısında istefasına səbəb olan və reputasiyasını zədələyən evlilikdən kənar münasibətinə gorə üzr istəyib.

Cənab Petreas Los Ancelesde “Ehtiyatda olan Zabitlərin Təlim Korpusunda” veteran və tələbələr qarşısında çıxışı zamanı üzr istəyib. O, baş verənlərin tərcümeyi-halını yazan Paula Broadvellə evlilikdən kənar münasibətiylə bağlı olduğunu deyib.

Bu, Petreasın CİA direktoru vəzifəsindən istefa verməsindən sonra ictimaiyyət qarşısında ilk çıxışı idi. Paula Broadvelin Petreasın ailəsinə və qadın dostuna göndərdiyi hədələyici elektron məktublar Federal Təhqiqiat Bürosu tərəfindən istintaq nəticəsində aşkar edilmiş və beləliklə onun evlilikdən kənar münasibətinin üstü açılmışdı.
XS
SM
MD
LG