Accessibility links

Deyvid Petreas Mərkəzi Kəşfiyyat Agentiyinin direktoru vəzifəsinin icrasına başladı

  • Amerikanın səsi

Deyvid Petreas Mərkəzi Kəşfiyyat Agentiyinin direktoru vəzifəsinin icrasına başladı

Deyvid Petreas Mərkəzi Kəşfiyyat Agentiyinin direktoru vəzifəsinin icrasına başladı

İraq və Əfqanıstanda ABŞ hərbi qüvvələrinin sayının artırılması planını hazırlamış general Deyvid Petreas Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru kimi vəzifəsinin icrasına başlayıb.

Ordudan təqaüdə çıxmış general bu gün Ağ Evdə vitse-prezident Co Baydenin iştirak etdiyi mərasimdə and içib.Vitse-prezident Bayden deyvid Petreası strateji baxışı və rəhbərlik qabiliyyətinə yüksək qiymət verib. Öz növbəsində, Petreas prezident Barak Obamaya "köhnə əsgərə" etimad gsötərdiyinə görə təşkkürünü bildirib.

Deyvid Petreas Mərkəzi Kəşfiyyat Agentliyinin 20-ci direktoru kimi vəzifəsinin icrasına ABŞ-da 2001-ci il 11 sentyabr hadisələrinin 10 illiyi ərəfəsində başlayır. Petreas Müdafiə naziri vəzifəsinə keçmiş Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Leon Panettanı bu vəzifədə əvəz edir. 58 yaşlı Petreas 37 il ABŞ ordusunda xidmət edib. Onun orduda sonuncu vəzifəsi NATO-nun başçılığı ilə Əfqanıstanda hərbi qüvvələrin komandiri olub.

XS
SM
MD
LG