Accessibility links

Mərkəzi Kəşfiyyat Agentliyi beynəlxalq pul köçürmələri haqda məlumat toplayır


İki ABŞ qəzeti yazıb ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi telefon danışıqları və İnternet məlumatları toplamaq üçün Milli Təhlükəsizlik Agentliyinin də istifadə etdiyi qanundan yararlanaraq, beynəlxalq pul köçürmələri haqda məlumat toplayır.

New York Times Wall Street Journal sabiq və hal-hazırkı ABŞ rəsmilərinin anonym olaraq proqramın mövcudluğunu təsdiqlədiyini yazıb.

Məlumatda deyilir ki, maliyə köçürülməsi proqramı 2001-ci il sentyabrın 11-i ABŞ-a edilən terror hücumundan sonra Patriot Aktının qüvvəyə minməsindən sonra qanuniləşib.

Times qəzetinin məlumatında pulköçürmə şirkəti Western Union-un adı hallanıb. Western Union bu proqramda iştirak etməsi xəbərini təsdiqləməyib və sadəcə şübhəli köçürmələr barədə məlumat vermək barədə federa qanunlara riayət etdiyini deyib.

Times qəzeti rəsmilərdən birinə istinadən bildirib ki, köçürmənin terrorçu təşkilatla əlaqədar olduğu müəyyən edildiyi təqdirdə, federal qanun maliyə köçürməsinin izlənilməsinə icazə verir və əldə edilən nəticələr müəyyən dövrdən sonra məhv edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG