Accessibility links

Nobel sülh mükafatı laureatlarının XII sammiti işini başa vurub

  • Amerikanın səsi

Çikaqoda Nobel sülh mükafatı laureatlarının XII sammiti işini başa vurub. İlk dəfə Şimali Amerikada keçirilən üçgünlük bu tədbirdə dünya şöhrətli laureatlar toplaşıb. Onlar arasında Sovet İttifaqının ilk prezidenti Mixail Qorbaçov, Amerikanın sabiq prezidenti Cimmi Karter, Cənubi Afrika respublikasının sabiq prezidenti De Klerk, Dalay Lama və digərləri iştirak edib.Tədbir gənclərin sülh proseslərinin həyata keçirilməsi üçün qeyri-zorakı fəaliyyətlərə üz tutmları mahiyyəti daşıyıb. Laureatlar Birmanı buna əyani misal göstərərək, bu ölkədə qeyri-zorakı yollarla həyata keçirilən dəyişiklikləri önə çəkib. Birma parlamentinə yenicə seçilən Aung San Suu Kyu özü sammitdə iştirak etməsə də, onun əməlləri yüksək qiymətləndirilib. Sammit 2009-cu il Nobel sülh mükafatı laureatı prezident Barak Obamanın dünya liderləri ilə keçirdiyi Çikaqo sammitindən bir neçə həftə sonra təşkil edilib.

XS
SM
MD
LG