Accessibility links

Çilidə kül dumanı 60 min insanın hava limanlarında qalmasına səbəb olub


Çilidə kül dumanı 60 min insanın hava limanlarında qalmasına səbəb olub

Çilidə kül dumanı 60 min insanın hava limanlarında qalmasına səbəb olub

Çilidə vulkandan havaya qalxan kül dumanı artıq 4 gündür hava yollarında problemlərə səbəb olaraq Cənubi Amerika, Avstraliya və Yeni Zelandiyada uçuşların ləğv olunması ilə nəticələnib.

Çilidəki Puyehu-Kordon Kole vulkanı bir neçə gündür püskürməkdədir. Argentina və Çilidən başqa Braziliya və Uruqvayda da uçuşlar təxirə salınıb. 60 mindən çox sərnişin hava limanlarında qalıb. Virgin Australia şirkəti bildirir ki, kül dumanlarının həddən artıq aşağıda olması Avstraliyanın qərbindəki ən böyük şəhər olan Persdən də uçuşların təxirə salınmasına səbəb olub.

XS
SM
MD
LG