Accessibility links

Dövlət katibi Klinton İran körfəzi ölkələrinə səfər edəcək


Dövlət katibi Klinton İran körfəzi ölkələrinə səfər edəcək
Dövlət katibi Klinton İran körfəzi ölkələrinə səfər edəcək

ABŞ Dövlət Departamenti Dövlət katibi Hillari Klintonun şənbə günü İran körfəzinin üç ölkəsinə səfərə çıxacağı haqda məlumat yayıb. Müzakirələr zamanı siyasi islahatların inkişaf etdirilməsi və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq. Beş gün sürəcək səfər zamanı xanım Klinton Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətərdə olacaq. Qətərdə Dövlət katibi Klinton ABŞ-ın Yaxın Şərqdə siyasi islahatların gerçəkləşdirilməsinə yardım məqsədilə dəstəklədiyi Gələcəyin Forumunun yeddinci konfransında iştirak edəcək. Bu, son bir neçə ay ərzində xanım Klintonun körfəz regionuna ikinci səfəri olacaq.

XS
SM
MD
LG