Accessibility links

Cim Kerri Katronia Vaytın ölümündə təqsirləndirilib


Aktyor Cim Kerri keçmiş sevgilisi Katronia Vaytın ölümündə təqsirləndirilib.

Vaytın Oreqonda yaşayan keçmiş həyat yoldaşı Mark Burton məhkəməyə sənədlər təqdim edib.

O, iddia edir ki, aktyor Cim Kerrinin nüfuzundan və sərvətindən istifadə etməklə asılılıq yaradan dərmanları əldə edib və paylaşıb. Mark Burton bu dərmanların Vaytın ölümünə səbəb olduğunu bildirib.

Məhkəmə Vaytın ölümündən bir il sonraya təsadüf edib.

Kerri bu dərmanları Artur Kinq adı ilə əldə edib. Burton qəsdən xəsarət törətmək, dəfn mərasimi, vəkil xidməti və sairə xərclərinin qarşılanmasını tələb edir.

Vaytın ölümündən sonra Cim çox sevdiyi Katronianı itirməsindən şok keçirdiyini deyib. Cim onu həqiqətən mehriban və zərif "İrlandiya çiçəyi" adlandırıb. Və onun yaxınları, ailə üzvləri və dostları, onu sevən və ona rəğbət bəsləyən hər kəsə başsağlığı verib.

Toksikoloqun tapıntısına əsasən ölən zaman Vaytın sistemində dörd cür dərman, o cümlədən ağrıkəsici və yatma həbləri olub. İyul ayında qadının ölümünü Los Anceles tibbi ekspertiza idarəsi "intihar" kimi dəyərləndirib.

XS
SM
MD
LG