Accessibility links

ABŞ Müdafiə Naziri NATO üzvlərinə xəbərdarlıq etdi


ABŞ Müdafiə Naziri Cim Mattis Şimali Atlantik Müqavilə Təşkilatı (NATO) ölkələrinə müraciət edərək onları müdafiə xərclərini artırmağa çağırıb. Əks təqdirdə o, Vaşinqtonun alyans öhdəliklərinə münasibətinin dəyişə biləcəyi haqda xəbərdarlıq edib.

“Mən sizin qarşınızda ABŞ-dakı siyasi reallığa aydınlıq gətirməyi və mənim həmvətənlərimin ədalətli tələbini konkret şərtlərlə səsləndirməyi özümə borc bilirəm,” Mattis NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən yığıncağında bəyan edib. “Amerika öz məsuliyyətinin yükünü çəkəcək, ancaq siz Amerikanın alyansa öz öhdəliklərini dəyişməsini istəmirsinizsə, onda sizin paytaxtlarınız ümumi müdafiəmizə sədaqətini nümayiş etdirməlidir.”

Qərb dəyərlərinin müdafiəsi üçün amerikalı vergi ödəyənlərdən xərclərin disproporsional payını öz üzərlərinə götürməyi gözləmək olmaz. Amerikalılar sizin uşaqlarınızın təhlükəsizliyinin qeydinə sizdən çox qala bilməzlər.

Bağlı qapılar arxasında keçirilən toplantıda səsləndirilən fikirlər Vaşinqtonun NATO ölkələrinin əksər qisminin sazişin şərtlərinə uyğun olaraq ümumdaxili məshullarının minimum iki faizini müdafiə ehtiyaclarına xərcləməməsi ilə bağlı artan narazılığını əks etdirir.

Prezident Tramp prezident seçkiləri kampaniyasında dəfələrlə alyansın “arxaikləşdiyini” və 28 üzvünün öz xərclərini ödmədəyi barədə gileylənirdi.

Mattisin sözlərinə görə həmin narazılıq indi “hökumət reallığına” çevrilib.

Donald Tramp hələ seçki kampaniyası dönəmində NATO ölkələrinin müdafiə xərcləri öhdəliklərini yerinə yetirməmələrindən gileylənirdi.
Donald Tramp hələ seçki kampaniyası dönəmində NATO ölkələrinin müdafiə xərcləri öhdəliklərini yerinə yetirməmələrindən gileylənirdi.

Qərb dəyərlərinin müdafiəsi üçün amerikalı vergi ödəyənlərdən xərclərin disproporsional payını öz üzərlərinə götürməyi gözləmək olmaz. Amerikalılar sizin uşaqlarınızın təhlükəsizliyinin qeydinə sizdən çox qala bilməzlər,” Mattis bəyan edib. “Hərbi hazırlığa laqeydlik özümüzə, alyansa və bizə miras qalmış azadlıqlara hörmət bəsləmədiyimizi nümayiş etdirir – hansı bunlar hazırda təhlükə ilə üzləşir.”

Hazırda 28 NATO üzvləri arasında yalnız beş ölkə - ABŞ, Böyük Britaniya, Yunanıstan, Polşa və Estoniya ÜDM-lərindən minimum 2 faizi müdafiə xərclərinə sərf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG