Accessibility links

ABŞ müdafiə naziri Misirə səfər edib


ABŞ müdafiə naziri Cim Mattis Tramp administrasiyasının ilk 100 günündə Vaşinqtonun Qahirə ilə münasibətlərini yaxınlaşdırmasının davamı olaraq bu gün Misirə səfər edib.

Mattisin Misir müdafiə naziri Sedki Sobi və bu ayın əvvəli Ağ Evə səfər edən prezident Əbdel Fəttah Əl-Sissi ilə müzakirələr aparacağı gözlənilir. Əl-Sissinin Ağ Evə səfəri sabiq ABŞ prezidenti Barak Obamanın 2009-cu ildə Hüsni Mübarək ilə görüşməsindən sonra Misir prezidentinin paytaxt Vaşinqtona ilk səfəri olub.

2011-ci ildə baş vermis siyasi çevriliş Hüsni Mübarəki hakimiyyətdən devirdi və illər uzunu davam edən və avtoritar sabiq general Sissinin hakimiyyətə gəlməsi ilə nəticələnən qarşıdurmalara səbəb oldu.

Mattisin Misiri Sinay yarımadası və hətta bəzi şəhər ərazilərində terrorçuluq əleyhinə mübarizədə sərtlik nümayiş etdirməyə çağıracağı gözlənilir.

XS
SM
MD
LG